Bakıda sabiq prokuroru avtomobil VURDU

09:46 - 12 Dekabr 2022

Bakıda sabiq prokuroru avtomobil VURDU

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az