Dəhşətli hadisə: Keçmiş arvadını küçənin ortasında güllələdi və heç kimi yaxın buraxmadı

19:11 - 12 Dekabr 2022

Dəhşətli hadisə: Keçmiş arvadını küçənin ortasında güllələdi və heç kimi yaxın buraxmadı

Ankarada Mehmet E. (55) keçmiş həyat yoldaşı Pelin C.-ni (47) küçənin ortasında güllələyib yaraladıqdan sonra onun yanında dayanıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, polis gələndə tapançanı başına tutan Mehmet E. qısa müddətdə razılaşdırılaraq nəzarətə götürülüb.

Hadisə saat 15:30 radələrində Çankaya rayonu Ayrancı məhəlləsindəki Hoşdere küçəsində baş verib.

Mehmet E. keçən il boşandığı Pelin C. ilə küçədəki bazarda rastlaşıb. Mehmet E. naməlum səbəbdən keçmiş həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Mehmet E. mübahisə zamanı silahını çıxararaq Pelin C-yə atəş açıb. Bədəninə dəyən 2 güllədən yaralanan 3 uşaq anası qan içində yerə yıxılıb. Mehmet E. əlində silahla yaralı keçmiş həyat yoldaşının yanında gözləməyə başlayıb. "Niyə mənə bunu etdin?" deyə qışqırmağa başlayıb. Ətrafdakı vətəndaşlar yaralı qadına kömək etmək istyəyiblər amma Mehmet buna imkan verməyib.  Pelin C.-nin başında tapança ilə bir müddət gözləyən və heç kimi yaxın buraxmayan Mehmet E. polisin gəldiyini görüb qaçmağa çalışıb. Bu sırada yaralı Pelin C. ətrafdakılar tərəfindən avtomobillə xəstəxanaya aparılıb.

Xəstəxanada müalicə alan Pelin C.-nin həyati təhlükəsinin olduğu bildirilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az