Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxıldı

09:08 - 13 Dekabr 2022

Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxıldı

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

 

Manset.az “Report”-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az