Bakıda gənc qızı avtomobil vurdu

09:18 - 14 Dekabr 2022

Bakıda gənc qızı avtomobil vurdu

Bakının Sabunçu rayonunda bir nəfəri avtomobil vurub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Günel Cəbrayılova yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az