Hacıqabulda iki azyaşlı yanıq xəsarətləri alıb.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Həmid Həmidov küçəsi 159 ünvanında yerləşən evdə qeydə alınıb.
Həmin ünvanda yaşayan və valideynlərinin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü İsmayılova Məleykə Alik qızı, qardaşı, 2019-cu il təvəllüdlü İsmayılov Əkbər Alik oğlunun üstünə çaydandan qaynar su tökülüb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan bacı-qardaş Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.