Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.