Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB

10:00 - 17 Dekabr 2022

Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.

Qaynarinfo bu barədə Manset.az-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az