Azərbaycanda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ

13:58 - 18 Dekabr 2022

Azərbaycanda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ

Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Manset.az "Report"a istinadən xəbər verir ki, bunlar Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri - 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.

Qeyd edək ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, "Ford" Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az