Naxçıvanda polisə tabe olmayan 2 nəfər həbs edildi

22:43 - 02 Mart 2023

Naxçıvanda polisə tabe olmayan 2 nəfər həbs edildi

Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs olunub.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, Şərur RPİ-nin Dövlət Yol Polisi qrupunun əməkdaşları tərəfindən Şərur şəhərində keçirilən profilaktiki tədbir zamanı saxlanılan “VAZ-2107” markalı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi məlum olub.

Avtomobil müvəqqəti duracağa aparılarkən sürücü, Şərur rayon sakini Mahir Cabbarov və qardaşı Azadi Cabbarov polis əməkdaşlarının qanuni tələbinə tabe olmadıqlarından onlar Şərur Rayon Polis İdarəsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.

Şərur rayon məhkəməsinin qərarı ilə M.Cabbarov 8 gün, A.Cabbarov isə 10 gün müddətinə inzibati qaydada həbs olunublar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az