Yolu keçən daha bir piyadanı maşın vurdu

00:20 - 09 Mart 2023

Yolu keçən daha bir piyadanı maşın vurdu

Zaqatalada 28 yaşlı qadını maşın vurub.

 

Manset.az APA-ya istinadənxəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.

Rayon sakini Sadiq Zəngiyev idarə etdiyi VAZ 2102 markalı minik avtomobili ilə rayonun Yuxarı Çardaqlar kənd sakini 1995-ci il təvəllüdlü Günay Abakar qızı Əhmədovanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az