Biləsuvarda qəza - Xəsarət alanlar var (FOTO)

16:10 - 11 Mart 2023

Biləsuvarda qəza - Xəsarət alanlar var (FOTO)

Bu gün günorta saatlarında Biləsuvar rayon Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza zamanı sərnişin mikroavtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxıb. Hər iki maşına müxtəlif dərəcəli ziyan dəyib.

Hadisə zamanı ölən olmayıb, xəsarət alanların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az