Azər Kazımı həbs olundu - FOTO

21:33 - 16 Mart 2023

Azər Kazımı həbs olundu - FOTO

"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

 

Manset.az xəbər verir ki, “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

O, İsveçdən Norveçə gəlirmiş.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında "İnterpol"da axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az