Hamilə qadın 3-cü mərtəbədən yıxıldı

19:18 - 19 Mart 2023

Hamilə qadın 3-cü mərtəbədən yıxıldı

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az