Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşdü - ADLAR ( FOTOLAR)

09:34 - 16 Aprel 2023

Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşdü - ADLAR ( FOTOLAR)

Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, 39-BB-240 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar:

Quliyev Natiq Akif oğlu (1980);

Quliyeva Təranə Hüseyin qızı;

Quliyev Həsən Natiq oğlu.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az