Rusiyada qəza - Ölənlər var

23:52 - 21 Fevral 2026

Rusiyada qəza - Ölənlər var

Rusiyanın Orenburq vilayətində magistral yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, R-239 "Kazan - Orenburq - Akbulak" avtomobil yolunun (Qazaxıstan Respublikası ilə sərhəd) 451-ci kilometrliyində "Toyota" ilə "Mazda" toqquşub. Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.

Qeyd edilir ki, prokurorluq dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmaya başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az