Bakıda mağazadan oğurluğa cəhd edən 2 nəfər tutuldu

10:24 - 18 Aprel 2023

Bakıda mağazadan oğurluğa cəhd edən 2 nəfər tutuldu

Bakıda mağazadan oğurluğa cəhd edilib.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, aprelin 17-də saat 04.13-də Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən 2 nəfər saxlanılıb.

Onların Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko olmaları məlum olub.

Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az