Oğuzda yol qəzasında iki nəfər xəsarət alıb
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Niva" markalı avtomobillər toqquşub.
Qəza zamanı "Niva" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.