Bayram günü ağır yol qəzası: Ölən var

11:24 - 21 Aprel 2023

Bayram günü ağır yol qəzası: Ölən var

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı maşına vurub.

Qəzadan sonra xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az