Azərbaycanda faciəli qəza - Avtomobil bacı-qardaşı vurdu

13:31 - 21 Aprel 2023

Azərbaycanda faciəli qəza - Avtomobil bacı-qardaşı vurdu

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub.

 

Manset.az  xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, "Chevrolet Cruze" markalı minik avtomobili 2005-ci il təvəllüdlü Xədicə Süleyman qızı Kərimovanı və onun qardaşı 2006-cı il təvəllüdlü Həsən Süleyman oğlu Kərimovu vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

H.Kərimovun vəziyyəti daha ağır olduğundan reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. ///Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az