İmtahana görə intihar edən Elşən... - VİDEO

16:07 - 21 Aprel 2023

İmtahana görə intihar edən Elşən... - VİDEO

Xəbər verdiyimiz kimi, iki gün öncə Xırdalan şəhərində 2006-cı il təvəllüdlü Elşən İslamov imtahanda az bal topladığına görə intihar edib.

 

Manset.az Qafqazinfoya-istinadən xəbər verir ki, özünə qəsd edən yeniyetmənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, E.İslamov şəhərin Heydər Əliyev prospektində yerləşən 12 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, o, orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. İmtahanın nəticələri açıqlanarkən gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az