Mərdanovların istirahət mərkəzi yandı - FOTOLAR

15:54 - 05 May 2023

Mərdanovların istirahət mərkəzi yandı - FOTOLAR

Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Əli Mərdanova məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, yanan istirahət mərkəzinin sahibi Əli Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Əli Mərdanov əvvəllər Şabran Rayon Polis Şöbəsinin rəisi olub.

Misir Mərdanovun qardaşının istirahət mərkəzi yandı - FOTO
Misir Mərdanovun qardaşının istirahət mərkəzi yandı - FOTO
Misir Mərdanovun qardaşının istirahət mərkəzi yandı - FOTO


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az