Bir neçə gün bundan əvvəl itkin düşən yeniyetmə tapılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.
Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və o, artıq ailəsinə təhvil verilib.