Masazırda altımərtəbəli yaşayış binasında yanğın - VİDEO

21:24 - 24 Avqust 2023

Masazırda altımərtəbəli yaşayış binasında yanğın - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

 

FHN-dən Manset.az-a verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az