Sabirabadda qaz balonu partlayıb - Yaralı var

08:59 - 27 Avqust 2023

Sabirabadda qaz balonu partlayıb - Yaralı var

Sabirabadda qaz balonunun partlaması nəticəsində rayon sakini yanıq xəsarətləri alıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Bəybala Elşən oğlu qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra B.Əliyev Bakı şhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az