"Sədərək" ticarət mərkəzində yanğın oldu

12:41 - 31 Avqust 2023

\"Sədərək\" ticarət mərkəzində yanğın oldu

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıralarındakı mağazaların birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az