Biləsuvarda baş verən qəza nəticəsində xəsarət alan beş nəfərin kimliyi məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Biləsuvar rayon sakinləridir. Bunlar 1984-cü il təvəllüdlü Dəyanət Quliyev, 1990-cı il təvəllüdlü Qaya Məmmədov, 1986-cı il təvəllüdlü Elməddin Rufullayev, 1991-ci il təvəllüdlü Anar Qurbanov və 1984-cü il təvəllüdlü Rəşad Feyzullayevdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
13:03
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Manset.az istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində, ilkin məlumata görə, beş nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.