Qaxda dağlıq ərazilərə qar yağıb - FOTO

19:24 - 12 Sentyabr 2023

Qaxda dağlıq ərazilərə qar yağıb - FOTO

Qax rayonunda yüksək dağlıq ərazilərə qar yağıb.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, sentyabrın 6-dan ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürməyə başlayıb.

Sentyabrın 7-si səhər saatlarında Balakən rayonun Katex və Zaqatala rayonunun Qəbizdərə kəndlərinin inzibati ərazisinə güclü dolu yağıb. Dolu nəticəsində 100-dən çox evin dam örtüyü yararsız hala düşüb. Bölgəyə yağan leysan nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq bir sıra kəndlərin ərazilərini basıb.

Sentyabrın 11-i axşamdan başlayaraq, bölgədə yenidən qeyri-sabit hava müşahidə olunur.
Gecə saatlarından başlayaraq yağış yağır, duman var, havanın temperaturu 12 dərəcəyədək enib. Yüksək dağlıq ərazilərdə temperaturun daha da düşdüyü bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az