Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Manset.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binada baş verib. Həmin binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.