İngiltərə Liqa Kubokunun final matçında "Liverpul" "Çelsi"ni əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.
Manset.az xəbər verir ki, görüş Londonda, "Uembli" stadionunda baş tutub.
Qolu 118-ci dəqiqədə Vircil van Deyk vurub.
Liverpul onuncu dəfə Liqa Kubokunu qazanıb, komanda turnirdəki qələbələrin sayına görə rekorda sahibdir. "Liverpul" daha əvvəl 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə çempion olub. Çempionluq siyahısında ona ən yaxın təqibçi “Mançester Siti”dir (səkkiz qələbə). "Çelsi" beş dəfə (1965, 1998, 2005, 2007, 2015) turnirin qalibi olub.
Komandalar üçüncü dəfə İngiltərə Liqa Kubokunun finalında üz-üzə gəlib. 2005-ci ildə "Çelsi" əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib olub. 2022-ci ildə "Liverpul" penaltilər seriyasında daha güclü olub - 11:10 (əsas vaxt - 0:0).