Pakistanın şimal-qərbində, Dera-İsmayıl-Xan rayonunun Darazinda yaşayış məntəqəsi yaxınlığında partlayış baş verib.
Manset.az Dawn qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 12 nəfər ölüb, 35-dən çox insan yaralanıb.
Partlayış nəticəsində binanın və ona bitişik tikililərin əhəmiyyətli hissəsi dağılıb. Xilasetmə işləri hələ başa çatmayıb.
Nəşrin məlumatına görə, son aylarda Xeybər-Paxtunxva əyalətində terror fəaliyyətində artım müşahidə olunur. Belə ki, yalnız avqust ayında regionda 54 terror hücumu qeydə alınıb.