Maliyyə feyr-pleyini pozduğuna görə 10 xalı silinən "Everton"un apellyasiya şikatəyinə baxılıb.
Manset.az klubun saytına istinadən xəbər verir ki, silinən 10 xaldan 4-nün bərpa olunmasına qərar verilib. Bildirilib ki, Apellyasiya heyəti "Everton"un 9 arqumentindən ikisi ilə razılaşıb. Buna görə cəza azaldılıb.
Hazırda "Everton" Premyer Liqanın turnir cədvəlində 21 xalla 17-ci yerdədir. Kluba 4 xalı qaytarmaq qərarı qüvvəyə minəndə komanda 15-ci pilləyə yüksələcək.