“Bavariya” rəhbərliyinin Xabi Alonsoya təklif edəcəyi müqavilənin şərtləri bəlli olub.
Manset.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”in baş məşqçisinə dördqat maaş təklif ediləcək.
Münhen klubu mütəxəssisi komandaya cəlb etmək üçün ona ildə 20 milyon funt sterlinq ödəməyə hazırdır. İspaniyalı çalışdırıcı Leverkuzen təmsilçisində ilə 5 milyon qazanır.
Qeyd edək ki, Alonso 2022-ci il oktyabrın 5-dən “Bayer”i çalışdırır.