“Bu xəbərə çox sevindim” - Elvin Cəfərquliyev

19:35 - 26 Fevral 2024

“Bu xəbərə çox sevindim” - Elvin Cəfərquliyev

"Bu statistika barədə yenicə məlumat aldım".

 

Manset.az xəbər verir ki, bunu  İdman.Biz-ə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

O, Azərbaycan çempionatında 100-cü oyununu keçirməsinə münasibət bildirib. 24 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turunun "Sumqayıt"la matçında gerçəkləşib.

Cəfərquliyev bildirib ki, bu xəbəri eşitdiyi zaman çox sevinib: "Qürur duyuram ki, belə bir komandanın bir parçasıyam. "Qarabağ"da oynamaq mənə zövq verir. Ümid edirəm ki, Azərbaycan çempionunun heyətində neçə belə 100 oyuna çıxacam".

Qeyd edək ki, 2019/20 mövsümündə "Sumqayıt"ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. "Qarabağ"da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv