Rus fenomenin Arda Gülər heyranlığı - Ad gününü də unutmadı

12:17 - 27 Fevral 2024

Rus fenomenin Arda Gülər heyranlığı - Ad gününü də unutmadı

Daha əvvəl Arda Gülərlə birlikdə çəkdiyi "Çay varmı, çay?" videosu ilə tanınan Real Madrid" azarkeşi rusiyalı fenomen Svetlena Alekseeva Arda Gülərin ad günü ilə bağlı paylaşım edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fenomen Arda Gülərin ad gününə təsadüf edən "Sevilya" matçına gəlib, lakin 19 yaşlı Gülər matçda oynaya bilməyib.

Gülərin meydana çıxa bilmədiyi matçdan sonra Alekseeva Gülər üçün xüsusi paylaşım edib. Qarşılaşmanı tribunadan izləyən Alekseeva Arda Gülərin oyuna girə bilməməsindən təəssüfləndiyini bildirib:

"Arda Gülərin ad günündə onu izləmək üçün Santiaqo Bernabeuya getdim, amma oynamadı. Ən azından Real Madrid matçı qazandı ".

Əfsanə Rəcəb

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az