Avro-2024-ü buraxacaq

22:10 - 03 Mart 2024

Avro-2024-ü buraxacaq

İtaliya millisinin və “Sassuolo”nun üzvü Domeniko Berardi zədələnib.

 

Manset.az  xəbər verir ki, o, İtaliya A seriyasının “Verona” ilə görüşündə (0:1) sıradan çıxıb. O, 60-cı dəqiqədə meydanı tərk edib.

İnsayder Nikolo Şkiranın yaydığı məlumata görə, 29 yaşlı hücumçunun zədəsi ciddidir. Domeniko təkcə mövsümün ikinci yarısını deyil, qarşıdan gələn Avro-2024-ü də buraxacaq.

Cari mövsümdə Berardi 17 oyun keçirib, 9 qol vurub və 3 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az