Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib.
Manset.az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Belə ki, "Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, matç aprelin 7-də Şanlıurfada "11 Nisan Stadionu"nda keçiriləcək.