"Bavariya" gənc hücumçusu Mathis Tellə yeni müqavilə imzalayıb.
Manset.az Münhen klubunun saytına istinadən xəbər verir ki, onunla müqavilənin müddəti 2028/2029 mövsümünün sonuna qədər uzadılıb. Daha əvvəl Tellə "Mançester Yunayted"in maraqlandığı bildirilirdi.
Qeyd edək ki, futbolçu 2022-ci ilin yayından “Bavariya”da çıxış edir. Bu mövsüm forvard Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 6 qol vurub və 4 qolun ötürməsini verib.