Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Manset.az "Ajanspor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi Selçuk İnanla razılaşıb. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlamanın veriləcəyi bildirilir. Selcuk İnan bu vəzifədə ötən gün istefaya göndərilən Marius Şumudikanı əvəzləyəcək.
Qeyd edək ki, Selçuk İnan "Qalatasaray"da köməkçi məşqçi, "Kasımpaşa"da isə baş məşqçi kimi çalışıb. O, bir ildir ki, işsizdir.