Azərbaycan millisinin mümkün qazancı müəyyənləşdi

12:30 - 10 Mart 2024

Azərbaycan millisinin mümkün qazancı müəyyənləşdi

Azərbaycan millisinin mümkün qazancı müəyyənləşib.

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan yığmasının "FİFA Series"də keçirəcəyi matçların dəyəri dəqiqləşib.

Monqolustan və Bolqarıstanla üz-üzə gələcək Arif Əsədovun yetirmələri hər iki qarşılaşmada qələbə qazansa, 8,6 reytinq xalı əldə edəcək. İlk oyunda yalnız qələbə, ikincidə isə hətta heç-heçə milliyə qazanc gətirəcək. İki uğursuzluq isə 11,4 xalın itirilməsi ilə nəticələnəcək.

22 mart

Azərbaycan - Monqolustan

Qələbə: 2,5

Heç-heçə: -2,5

Məğlubiyyət: -7,5

25 mart

Azərbaycan - Bolqarıstan

Qələbə: 6,1

Heç-heçə: 1,1

Məğlubiyyət: -3,9

Qeyd edək ki, Azərbaycan millisi hazırda 1174.22 xalla dünyada 113-cüdür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az