Millimizin kapitanı Macarıstan Kubokunu QAZANDI

17:22 - 10 Mart 2024

Millimizin kapitanı Macarıstan Kubokunu QAZANDI

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan Kubokunun finalında üz-üzə gəliblər.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, yığmanın kapitanı A.Abdulazimovanın formasını geyindiyi “Vasas Obuda” və hücumçu M.Stepanenkonun şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşmasından birincilər üstün ayrılıblar.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Vasas Obuda” növbəti dəfə kubokun sahibi olub.

Final görüşündə Abdulazimova 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Millimizin kapitanı hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.

Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az