Braziliyalı futbolçu "Turan Tovuz"a qələbə qazandırdı

17:54 - 10 Mart 2024

Braziliyalı futbolçu \"Turan Tovuz\"a qələbə qazandırdı

Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.

 

Manset.az xəbər verir ki, daha bir oyun keçirilib.

Günün ilk matçı Tovuzda oynanılıb. Yerli "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşmanın taleyini son 15 dəqiqədə vurulan qollar həll edib. 78 və 80-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atan braziliyalı hücumçu Aleks Souza "Turan Tovuz"a 2:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində yeddinci pillədəki tovuzlular xallarının sayını 35-ə çatdırıblar. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci yerdə qalıb.

Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni evdə (2:1) minimal fərqlə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Qarabağ" - "Zirə" görüşü ilə yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az