"Barselona" Xavini təqdim etdi

18:11 - 08 Noyabr 2021

\"Barselona\" Xavini təqdim etdi

Bu gün "Barselona" yeni baş məşqçisi Xavinin təyinatını ictimaiyyətə təqdim edib.

Manşet.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Kataloniya təmsilçisinin yeni baş məşqçisi təyinatından sonra bu cür danışıb: "Barselona"da işləməyə hazır olduğumu hiss edirəm. Qayıdışım tez oldu. 3-4 günə həyatım dəyişdi.

Futbolçulara öz təcrübəmi aşılamağa çalışacam. Yenidən "Barselona"nın titullar qazanmasına və gözəl oyun göstərməsinə kömək olmağa çalışacam. Fanatlara göstərdiyi sevgilərə görə təşəkkür edirəm. Qələbələrlə onları sevindirəcəyimizə inanıram".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az