"Nyukasl" yeni baş məşqçisinin adını açıqladı

20:13 - 08 Noyabr 2021

\"Nyukasl\" yeni baş məşqçisinin adını açıqladı

İngiltərənin "Nyukasl" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Manşet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Eddi Hau təyin olunub. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 5 xalla turnir cədvəlində 19-cu pilləni tutur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az