Şahmatçılarımız beynəlxalq turnirdə liderlər qrupunda

16:14 - 20 Noyabr 2021

Şahmatçılarımız beynəlxalq turnirdə liderlər qrupunda

Azərbaycan şahmatçıları Türkiyənin Mersin şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edirlər.

Manşet.az xəbər verir ki, turnirin B kateqoriyalı yarışında təmsilçilərimizdən İlyas Qarayev altı turdan 5,5 xal toplayaraq liderlər qrupunda yer alıb.

Digər şahmatçılarımızdan Xatun Bağırova, Seyid Hüseyn liderdən yarım xal geri qalırlar.

A kateqoriyalı yarışda isə Misrətdin İsgəndərov 4,5 xalla 2-12-ci yerləri bölüşür.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az