UEFA-dan "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım

08:20 - 24 Noyabr 2021

UEFA-dan \"Qarabağ\"ın qapıçısı ilə bağlı paylaşım

 

UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

 

Manşet.az xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Kayrat"la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

Xatırladaq ki, "Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az