Azərbaycan futbolunda tətbiq ediləcək VAR layihəsinə maliyyə vəsaiti ayrılması təsdiqlənib.
Manset.az-ın xəbərinə görə, AFFA İcraiyyə Komitəsində bununla bağlı bu gün keçirilən iclasında qərar qəbul edilib. İclasda VAR layihəsi üçün 500 min dollar məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiqlənib.
VAR sisteminin tədbiqinə isə 2022-ci ildən başlanacaq.