Real" yeni baş məşqçi ilə müqavilə imzaladı

16:08 - 09 May 2025

Real\" yeni baş məşqçi ilə müqavilə imzaladı

"Real" yeni baş məşqçi ilə razılığa gəlib.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, komandaya hazırda "Bayer Leverkuzen"də çalışan Xabi Alonso rəhbərlik edəcək.

"Marca" nəşrinin məlumatına görə, Madrid klubu ispaniyalı mütəxəssislə 3 illik müqavilə bağlayıb. O, 2018-ci ildən birgə çalışdığı fiziki hazırlıq üzrə məşqçi Sebas Parrilyanı da özü ilə birlikdə Madrida aparacaq.

Hazırkı baş məşqçi Karlo Ançelotti isə mayın 25-də mövsümün son oyunu başa çatdıqdan sonra klubla vidalaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv