Xabi Alonso 2024/2025 mövsümünün sonunda "Bayer Leverkuzen" klubundan ayrılacaq.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi məlumatında bildirilib. Məşqçi müqaviləyə son qoymaq istədiyini rəhbərliyə çatdırıb və bu istək qəbul olunub. Klubun yeni çalışdırıcısının kim olacağı yaxın vaxtlarda elan ediləcək.
Qeyd edək ki, Alonso 2022-ci ildən Leverkuzen təmsilçisini çalışdırır. Onun rəhbərliyi ilə komanda 2023/2024 mövsümündə həm Bundesliqanın, həm də Almaniya Kuboku və Superkubokun qalibi olub. İspaniya mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis "Real Madrid"lə üçillik müqavilə imzalamağa hazırlaşır.