"Fənərbaxça" Ceydon Sanço ilə razılığa gəldi

15:52 - 23 İyun 2025

\"Fənərbaxça\" Ceydon Sanço ilə razılığa gəldi

Türkiyənin nəhəng klublarından olan "Fənərbaxça" dünya futbolunun diqqət mərkəzində olan adlarından biri ilə razılığa gəlib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, klub "Mançester Yunayted"in ulduz futbolçusu Ceydon Sanço ilə razılıq əldə edib.

25 yaşlı ingilis futbolçunun transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Yeni mövsümdə çempionluq hədəfini daha da gücləndirmək istəyən İstanbul təmsilçisi heyətini güclü adlarla möhkəmləndirməyə davam edir.

Məlumata görə, Avropanın bir sıra tanınmış klublarının maraq dairəsində olan Sanço ilə "Fənərbaxça" arasında razılaşmanın əldə olunmasında baş məşqçi Joze Mourinyonun futbolçu ilə şəxsən görüşü mühüm rol oynayıb.

Qeyd olunur ki, "Fənərbaxça"nın bu transferdəki əsas rəqibi "Napoli" olub. Lakin İtaliya təmsilçisinin maaş məsələsində yaranan problemlər səbəbindən bu transferdən geri çəkildiyi bildirilir.

Hazırda klub Sançonun transferi üçün "Mançester Yunayted"lə danışıqları davam etdirir və tezliklə rəsmi açıqlamanın verilməsi gözlənilir.

Karyerası ərzində transferlərinə görə 111 milyon avro ödənilən Ceydon Sanço daha çox forma şansı əldə edəcəyi bir komandada çıxış etmək istəyir. Bu baxımdan, "Fənərbaxça" onun üçün uyğun seçim hesab olunur. 25 yaşlı futbolçuya Avropadan maraq göstərən klubların sayının az olmadığı da vurğulanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az