"Qalatasaray" klubunun sabiq futbolçusu Dris Mertens karyerasını bitirdiyini rəsmən açıqlayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, 38 yaşlı belçikalı ulduz iyulun 3-də Slovakiya millisinin əfsanəsi Marek Hamşiklə keçiriləcək vida oyununda futbolla vidalaşacağını bildirib.
Qeyd edək ki, Superliqanın nəhənglərindən sayılan "Qalatasaray"la müqaviləsi bir müddət əvvəl başa çatan Mertens İstanbul təmsilçisinin heyətində 136 rəsmi matçda meydana çıxıb. O, bu oyunlarda 25 qola imza atıb və 44 məhsuldar ötürmə ilə yadda qalıb.
Mertensin karyerasını bitirməsi futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.